• Bakı 22° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.3076

İyunun 15-də Super Təzə Ay hadisəsi olacaq

CƏMİYYƏT

05 Iyun 2026 | 11:06

İyunun 15-də Super Təzə Ay hadisəsi olacaq

İyunun 15-də Super Təzə Ay (Super New Moon) müşahidə olunacaq.

Bu barədə Bakıvaxtı.az-a Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

    Bildirilib ki, bu hadisə Ayın həm Təzə Ay fazasında olması, həm də Yerə minimum məsafəyə – perigey nöqtəsinə çox yaxın yerləşməsi ilə xarakterizə olunur.

    Ay iyunun 15-i Bakı vaxtı ilə saat 03:19-da perigey nöqtəsindən keçəcək, bu zaman onun Yerə qədər məsafəsi 357 195 km olacaq. Cəmi bir neçə saat sonra, saat 06:56-da Ay Təzə Ay fazasına daxil olacaq. Perigey ilə Təzə Ay arasındakı zaman fərqi təxminən 3 saat 37 dəqiqə təşkil etdiyindən, bu hadisə astronomiyada Super Təzə Ay adlandırılır.

    Qeyd edək ki, indiyədək qeydə alınan ən yaxın Super Təzə Ay hadisələrindən biri 22 yanvar 2023-cü ildə baş verib. Bu zaman Ay Yerə təxminən 356 568 km məsafəyə qədər yaxınlaşıb.


    SON XƏBƏRLƏR

    04 Iyun 2026