• Bakı 20° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.3214

DİN və AQTA birgə əməliyyat keçirdi - 120 kq yararsız ət aşkarlandı

CƏMİYYƏT

04 Iyun 2026 | 18:12

DİN və AQTA birgə əməliyyat keçirdi - 120 kq yararsız ət aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin müfəttişləri Daxili İşlər Nazirliyinin Füzuli RPŞ-nin əməkdaşları ilə birgə Füzuli rayonu, Alxanlı postunda Qurbanov Yavər Tapdıq oğluna məxsus 10 FS 804 dövlət qeydiyyat nişanlı “Gaz 031-02” markalı avtomobilə baxış keçirib.

AQTA-dan Bakıvaxtı.az-a verilən xəbərə görə, yoxlama zamanı avtomobilin yükdaşıma hissəsində ümumi çəkisi 120 kq istehlaka yararsız iribuynuzlu heyvan əti aşkarlanıb. Ətdən kəskin qoxu gəldiyi və rənginin tündləşdiyi, antisanitar şəraitdə və temperatur rejiminə əməl edilmədən daşındığı, həmçinin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi müəyyən edilib.

Vətəndaş izahatında ətin özünə məxsus olduğunu, iribuynuzlu heyvanı tələf olduğu üçün Xocavənd rayonu, Qırmızı Bazar ərazisində kəsdiyini və Beyləqan rayonuna aparmaq istədiyini bildirib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, ətlər soyuducu anbarda saxlanca yerləşdirilib, laborator nümunə götürülüb.

Araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR