• Bakı 20° C

    1.32 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.3214

Rusiyayla Ermənistan arasında hərbi toqquşma ola bilər

SİYASƏT

04 Iyun 2026 | 12:48

Rusiyayla Ermənistan arasında hərbi toqquşma ola bilər

Avrasiya İqtisadi İttifaqı (Aİİ) haqqında müqavilədə ittifaq üzvünün qurumdan çıxması və ya üzvlüyünün dayandırılması proseduru nəzərdə tutulmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bəyan edib və bu növ tədbirlərin tətbiqi imkanlarının dekabr ayınadək araşdırılacağını bildirib.

"Biz hazırda üzvlüyün dayandırılmasının nə anlam ifadə edəcəyini öyrənəcəyik. Həqiqət ondan ibarətdir ki, İttifaq haqqında Müqavilədə üzvlüyün dayandırılması və ya üzvlərin xaric edilməsi rejimi nəzərdə tutulmayıb. Ona görə də dekabr ayına qədər bütün bunları hüquqi nöqteyi-nəzərdən çox diqqətlə araşdırmaq lazımdır", - deyə o qeyd edib.

Aleksey Overçuk Ermənistana qarşı tətbiq edilən məhdudiyyətlərin siyasi deyil, iqtisadi xarakter daşıdığına da əminlik ifadə edib: "Bizdə adi iş prosesi gedir. Hələ ki, siyasət yoxdur, sırf iqtisadiyyatdır. Hər şey qaydalar çərçivəsindədir".

Baş nazirin müavininin sözlərinə görə, İrəvan Avropa İttifaqı ilə yaxınlaşma xəttini davam etdirəcəyi təqdirdə, Rusiya Ermənistanı Aİİ və ikitərəfli müqavilələr çərçivəsində göstərilən dəstəkdən məhrum edə bilər.

Overçuk vurğulayıb ki, Ermənistandakı seçkilərdə qərbpərəst qüvvələr qalib gələrsə, Moskva "müvafiq tədbirlər" görəcək.

O, Rusiyanın gələcəyini Aİ-də görən bir ölkəni maliyyə cəhətdən dəstəkləmək niyyətində olmadığını diqqətə çatdırıb və Avropa İttifaqının Rusiya ilə müharibəyə hazırlaşdığını iddia edib.

"Biz sabah bəlkə də bizimlə müharibə aparacaq şəxslərə pulmu verəcəyik?", - deyə Rusiya rəsmisi bəyan edib.


SON XƏBƏRLƏR

03 Iyun 2026