• Bakı 21° C

    5.79 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.3214

İsrail və Livan arasında ATƏŞKƏS: “pilot zonalar” yaradılır

DÜNYA

04 Iyun 2026 | 08:39

İsrail və Livan arasında ATƏŞKƏS: “pilot zonalar” yaradılır

İsrail və Livan atəşkəs rejiminin tətbiqi və Livan ordusunun nəzarəti altında “pilot zonaları” yaratmaq barədə razılığa gəliblər.

Bakıvaxti.az “LeMonde.fr”ə istinadla xəbər verir ki, razılıq ABŞ paytaxtı Vaşinqtonda iki günlük danışıqlarda əldə olunub. Məlumata görə, Hizbullah yaraqlıları bu zonalara buraxılmayacaq.

Bəyanatda qeyd olunur ki, Amerika Birləşmiş Ştatlarının himayəsi altında aparılan danışıqlardan sonra İsrail və Livan  Hizbullah atəşinin tamamilə dayandırılması və bütün Hizbullah üzvlərinin Cənubi Litani sektorundan təxliyə edilməsi şərti ilə  atəşkəsin tətbiq olunması barədə razılığa gəliblər.

Təhlükəsizlik zonalarının yaradılmasının təfərrüatları hələ dəqiqləşdirilməyib, lakin müqavilədə Livan ordusunun bu ərazilərə tam nəzarəti ələ keçirəcəyi nəzərdə tutulur. Hər iki tərəf Livan Silahlı Qüvvələrinin ərazi üzərində müstəsna nəzarəti həyata keçirəcəyi və bütün qeyri-dövlət subyektlərini istisna edəcəyi pilot zonaların yaradılmasını sürətləndirmək barədə razılığa gəliblər. Bu tədbirlər hərtərəfli sülh və təhlükəsizlik sazişinə doğru irəliləmək məqsədi daşıyır.

Aydın


SON XƏBƏRLƏR

03 Iyun 2026