• Bakı 21° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

CƏMİYYƏT

04 Iyun 2026 | 11:53 | Müəllif: Əli Hüseynov

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

Xankəndidə 104 km su şəbəkəsi istismar olunur.

Bakıvaxtı.az
xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) işğaldan azad edilmiş ərazilərə mediaturu çərçivəsində Qarabağ Su Melorasiya Sistemləri İstismar İdarəsinin rəisi Müşviq Adgözəlov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Xankəndi şəhərində sakinlər 24 saat fasiləsiz içməli su ilə təmin olunur.

“Bizim Xəlfəliçay və Ballıcaçay su mənbəyindən gələn sularımız sutəmizləyici qurğuya daxil olur. Burda su təmizləndikdən sonra əhaliyə nəql olunur. Sözügedən qurğunun sutəmizləmə potensialı 8 min kub gündür”- deyə Müşviq Adıgözəlov əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Oktyabr 2026