• Bakı 19° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Bakıda çəkiləcək tramvaylarla bağlı - Vacib xəbər

CƏMİYYƏT

04 Iyun 2026 | 11:37 | Müəllif: Əli Hüseynov

Bakıda çəkiləcək tramvaylarla bağlı - Vacib xəbər

Azərbaycanda tramvay xətləri dövlət mülkiyyətində olacaq.

Bakıvaxtı.az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Nəqliyyat haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Mövcud qanunvericiliyə görə, ölkədə nəqliyyat dövlət, xüsusi və bələdiyyə mülkiyyət növlərinə əsaslanır.

Bütün nəqliyyat mülkiyyətçiləri bərabər hüquqa malikdirlər və qanunla eyni cür müdafiə olunurlar.

Ümumi istifadədə olan və dövlət əhəmiyyəti kəsb edən dəmir yolları və onların mühəndis tikililəri və qurğuları, magistral boru kəmərləri, mayaklar, gəmilərin təhlükəsiz hərəkətini nizamlayan və ona zəmanət verən qurğular və naviqasiya nişanları, hava hərəkətinin təşkili sisteminin obyektləri, həmçinin metropoliten dövlət mülkiyyətidir.

Layihədə isə təklif olunur ki, bu siyahıya tramvay xətləri (infrastrukturu) də əlavə edilsin.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR