• Bakı 20° C

    1.32 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.3214

FİFA 2026 Dünya Kuboku: Azarkeşlər gecələr də oyaq qalacaq

İDMAN

04 Iyun 2026 | 12:53

FİFA 2026 Dünya Kuboku: Azarkeşlər gecələr də oyaq qalacaq

FİFA 2026 Dünya Kubokunun başlamasına sayılı günlər qalır.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi Dünya Kuboku iyunun 11-dən iyulun 19-dək davam edəcək .

48 ölkənin iştirak etdiyi ilk turnir ev sahibi ölkələrlə vaxt fərqinə görə həyəcanlı olduğu qədər yorucu olacaq. Belə ki, oyunların başlama vaxtları digər ölkələrdəki futbol azarkeşlərini gecələr oyaq saxlayacaq.

Ümumilikdə 104 matçdan 53-ü Bakı vaxtı ilə saat 01:00-06:00 arasında başlayacaq.

Oyun vaxtlarının bölgüsünə baxdıqda, saat 23:00 ən çox başlama vaxtı kimi seçilir və bu vaxta 19 oyun planlaşdırılır. Bundan sonra saat 00:00-da başlayacaq 10 oyun və saat 02:00-da başlayacaq 9 oyun gəlir.

Saat 05:00-da keçiriləcək 11 oyun da futbol azarkeşləri üçün ən çətin vaxt aralıqlarından biri olacaq.

İdman azarkeşlərinin izləməsi daha asan olan 21:00 ilə 04:00 - "əsas vaxt" aralığında 38 matç yayımlanacaq. Bu rəqəm turnirdəki ümumi matçların 36,5%-ni təşkil edir.

Səhər vaxtı nəzərə alınmaqla, 06:00-08:00 arasında 13 matç oynanılacaq.

Nyu-Yorkda keçiriləcək final matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Murad Məmmədli


SON XƏBƏRLƏR