• Bakı 21° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.3214

Oktay Babayevin işi səngimir: Bu dəfə onun "pulyığanı" tapıldı... - Görün kim imiş

SİYASƏT

04 Iyun 2026 | 10:02

Oktay Babayevin işi səngimir: Bu dəfə onun pulyığanı tapıldı... - Görün kim imiş

Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinin sabiq rəis müavini, ehtiyatda olan polkovnik Oktay Babayevlə bağlı yeni iddialar ortaya çıxıb.

Mənbələrdən Bakıvaxtı.az-a daxil olan məlumatlara görə, Babayevin uzun illər birlikdə xidmət etdiyi bildirilən, hazırda isə Müdafiə Nazirliyinin Tibb İdarəsində mülki işçi kimi çalışan ehtiyatda olan gizir Vəkil Rəcəbovun da adı müxtəlif iddialarda hallandırılır.

Mənbələrin iddiasına görə, Vəkil Rəcəbov Oktay Babayevlə Naxçıvanda xidmət etdiyi dövrdən yaxın münasibətlərə malik olub və sonrakı illərdə də bu əlaqələr davam edib.

İddialarda onun idarə daxilində müəyyən şəxslərlə əlaqələrin qurulmasında vasitəçi kimi çıxış etdiyi, bəzi maliyyə məsələlərinin koordinasiyasında iştirak etdiyi irəli sürülür.

Məlumatda həmçinin iddia olunur ki, müxtəlif şəxslərdən toplandığı deyilən vəsaitlərin bir hissəsinin məhz Vəkil Rəcəbov vasitəsilə qəbul edildiyi barədə idarə daxilində söhbətlər mövcuddur.

Lakin bu iddiaları təsdiqləyən faktlar ictimaiyyətə təqdim edilməyib.

Qeyd edək ki, Oktay Babayevin fəaliyyəti ilə bağlı daha əvvəl də müxtəlif iddialar səsləndirilib və onun adı bir sıra hüquqi araşdırmalarda hallandırılıb.

Ehtiyatda olan polkovnik Oktay Babayevə Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq-qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında cərimə və ya 5 ilə qədər həbs nəzərdə tutulur.

Murad İsmayıl

 


SON XƏBƏRLƏR

03 Iyun 2026