• Bakı 20° C

    1.32 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.3214

Keşlədə obyekt yanır - VİDEO - DETALLAR - YENİLƏNİB

HADİSƏ

04 Iyun 2026 | 14:15

Keşlədə obyekt yanır - VİDEO - DETALLAR - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Bakının Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən obyektlərdən birində yanğın baş verib.

Bakıvaxtı.az hadisə ilə bağlı bəzi detalları əldə edib. Məlumata görə, yanğının baş verməsinə səbəb ərazidə binaların dam örtüyünün qırlanması (bitumlanması) zamanı görülən işlər olub.

Yanğın nəticəsində saxlanc anbarı da zərər görərək yanıb.

 

Murad İsmayıl

***

13:26

Bakının Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsində obyektdə yanğın baş verib.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

 


SON XƏBƏRLƏR

03 Iyun 2026