• Bakı 20° C

    1.88 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.3214

VACİB - Kreditləriniz dondurula bilər!

İQTİSADİYYAT

04 Iyun 2026 | 16:47

VACİB - Kreditləriniz dondurula bilər!

Kredit öhdəliklərinin yerinə yetirilməsi hər bir vətəndaş üçün önəmli məsələdir. Lakin bəzən şəxsi və ya kütləvi səbəblərdən bu öhdəliklər icra olunmaya bilər. Dünya təcrübəsində belə hallarda kreditlərin dondurulması və ya tətillərin verilməsi praktikası mövcuddur. Bəs görəsən, bu mexanizmlər Azərbaycanda da tətbiq edilə bilərmi?

Bakıvaxtı.az-ın xəbərinə görə, mövzunu konkret.az-a iqtisadçı Asif İbrahimov şərh edib:

“Kredit öhdəliklərinin yerinə yetirilməsi hər bir vətəndaşın maliyyə məsuliyyətinin əsas hissəsidir. Lakin həyat şəraitinin dəyişməsi, iş yerinin itirilməsi, gəlirlərin azalması, xəstəlik, təbii fəlakətlər və ya iqtisadi böhranlar kimi səbəblər nəticəsində bəzi borcalanlar kredit ödənişlərini vaxtında həyata keçirməkdə çətinlik çəkə bilirlər. Məhz buna görə bir çox ölkələrdə “kredit tətili” və ya kreditlərin müvəqqəti dondurulması mexanizmləri tətbiq olunur. Azərbaycanda hazırda bütün kreditlər üçün daimi və ümumi xarakter daşıyan kredit tətili mexanizmi qanunvericilikdə nəzərdə tutulmayıb. Bununla belə, banklar və digər kredit təşkilatları borcalanın maliyyə vəziyyətini nəzərə alaraq kreditlərin restrukturizasiyasını həyata keçirə bilirlər. Restrukturizasiya kreditin müddətinin uzadılması, aylıq ödənişlərin azaldılması, müəyyən müddətə əsas borc üzrə güzəşt verilməsi və ya digər fərdi şərtlərin tətbiq olunması deməkdir.

Azərbaycan təcrübəsində kredit ödənişlərinə güzəştlərin verilməsi xüsusilə fövqəladə hallarda tətbiq olunub. Məsələn, 2019-cu ildə problemli kreditlərin həlli ilə bağlı dövlət proqramı çərçivəsində minlərlə vətəndaşın kreditləri restrukturizasiya edildi, bəzi faiz və cərimələr silindi, kreditlər uzunmüddətli və daha aşağı faizli şərtlərlə yenidən rəsmiləşdirildi”.

Ekspertin sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, kredit tətili əsasən pandemiya, iqtisadi böhran və ya təbii fəlakət dövrlərində tətbiq edilir:

“Azərbaycanda da belə mexanizmlərin gələcəkdə geniş tətbiqi istisna deyil. Xüsusilə, əhalinin maliyyə dayanıqlığının qorunması və bank sektorunda problemli kreditlərin artmasının qarşısının alınması baxımından kredit tətilləri müəyyən hallarda effektiv alət hesab oluna bilər.

Bununla yanaşı, kredit ödənişlərinin dondurulması borcun silinməsi anlamına gəlmir. Təxirə salınan ödənişlər sonradan yenidən hesablanır və kredit müqaviləsinin şərtlərinə uyğun şəkildə ödənilir. Buna görə də kredit ödənişində çətinlik yaranan vətəndaşların gecikməyə yol vermədən əvvəl kredit təşkilatına müraciət edərək restrukturizasiya imkanlarını araşdırmaları daha məqsədəuyğundur”.


SON XƏBƏRLƏR