• Bakı 20° C

    1.88 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.3214

Paşinyan bu axşam rəqiblərilə debata çıxır

SİYASƏT

04 Iyun 2026 | 16:44

Paşinyan bu axşam rəqiblərilə debata çıxır

İyunun 4-də saat 21:30-da Ermənistan İctimai Televiziyasında parlament seçkilərində iştirak edən siyasi qüvvələrin baş nazirliyə namizədlərinin iştirakı ilə debatlar başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bu axşam İctimai Televiziyadakı debatda iştirak edəcəyini deyib.

Debatda Paşinyanın əsas rəqibləri - “Güclü Ermənistan” blokunun lideri Samvel Karapetyanla "Ermənistan" blokunun lideri Robert Köçəryan, "Çiçəklənən Ermənistan" Partiyasının sədri Qaqik Sarukyanın da iştirakı gözlənilirdi.

Lakin Robert Köçəryanla Qaqik Sarukyan dbata çıxmaqdan imtina ediblər.

Qeyd edək ki, iyunun 7-də keçiriləcək parlament seçkilərində 16 siyasi partiya və 2 partiya bloku iştirak edir.


SON XƏBƏRLƏR