• Bakı 17° C

    10.52 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Dələduzluqla vətəndaşın 28 min manatını aldı - FOTO

HADİSƏ

08 May 2024 | 08:10 | Müəllif: Qalib İbrahimoğlu

Dələduzluqla vətəndaşın 28 min manatını aldı - FOTO

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları dələduzluq edən paytaxt sakini Sədulla Seyfullayevi saxlayıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Verilən məlumata görə, onun zərərçəkmişə həbsdə olan qohumunun azad olunmasına köməkliklər edəcəyi ilə bağlı yalan vədlər verərək 28000 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən edilib.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin cinayət işi başlanılıb, S.Seyfullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polisə məlumat verə bilərlər.


Dələduzluqla vətəndaşın 28 min manatını aldı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026