• Bakı 14° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan ərazi bütövlüyünü tam bərpa edəndən sonra keçirilir

    SİYASƏT

    02 Oktyabr 2026 | 10:26 | Müəllif: Günəş Mərd

    YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan ərazi bütövlüyünü tam bərpa edəndən sonra keçirilir

    İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir.

    Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) Sədri, Prezident İlham Əliyev YAP-ın VIII Qurultayında çıxışı zamanı deyib.

    VII qurultayın da o vaxt üçün yeni mühitdə keçirildiyini xatırladan dövlətimizin başçısı qeyd edib: “ Çünki o şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdir və bütün dünya bizim Zəfərimizdən danışırdı. Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan - İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir”.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    02 Oktyabr 2026