• Bakı 14° C

    8.67 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Türkiyədə mədən çöküb, ölənlər var

DÜNYA

03 Oktyabr 2026 | 00:37 | Müəllif: Subhan Mahmudov

Türkiyədə mədən çöküb, ölənlər var

Türkiyənin qərbində, Manisa vilayətinin Soma rayonunda təmir və yenidənqurma işləri aparılan zaman kömür mədəninin çökməsi nəticəsində beş nəfər həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, yerli qubernatorluq bu gün daha üç mədənçinin cəsədinin tapılmasından sonra bu barədə X sosial şəbəkəsində məlumat yayıb: “Soma rayonunda mədənin çökməsindən sonra aparılan axtarış-xilasetmə işləri başa çatıb və dağıntılar altında qalan üç mədənçinin cəsədi tapılıb”.

Hadisə oktyabrın 1-də baş verib. Mədənin çökməsi nəticəsində yeddi mədənçi dağıntılar altında qalıb. Xilasedicilər onlardan yalnız ikisini sağ çıxara bilib və həmin şəxslər xəstəxanaya yerləşdirilib. Daha iki mədənçinin cəsədi isə daha əvvəl xilasedicilər tərəfindən çıxarılıb. Ədliyyə naziri Akın Gürlek araşdırma başlanılması barədə göstəriş verib.

Manisa şəhər valisi Vahdəttin Özkan mədən qəzasından yaralı vəziyyətdə xilas edilən İbrahim Çiməni xəstəxanada ziyarət edərək onun səhhəti barədə aidiyyəti şəxslərdən məlumat alıb. Müalicəsindən sonra xəstəxanadan evə buraxılan Süleyman Şakraka isə evində baş çəkib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026