• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ərdoğan Cənubi Koreyaya gedir

DÜNYA

01 Noyabr 2026 | 20:56 | Müəllif: Əli Hüseynov

Ərdoğan Cənubi Koreyaya gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreya Prezidenti Li Ce Myunqun dəvəti ilə noyabrın 1-dən 4-dək Seula səfər edəcək.

Bakıvaxtı.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədəTürkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran bildirib.

Liderlər və nümayəndə heyətləri arasında rəsmi danışıqların 3 noyabr çərşənbə axşamı günü keçirilməsi planlaşdırılır. Tərəflər iki ölkənin strateji tərəfdaşlığının bütün aspektlərini müzakirə edəcək və mövcud regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparacaqlar.

Duranın sözlərinə görə, səfər zamanı ikitərəfli münasibətlərin hüquqi çərçivəsini gücləndirməyə yönəlmiş bir sıra sənədlərin imzalanması da planlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026