• Bakı 17° C

    10.52 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Kino Agentliyi bu filmlərə maliyyə ayırır

    MƏDƏNİYYƏT

    02 Oktyabr 2026 | 11:04 | Müəllif: Günəş Mərd

    Kino Agentliyi bu filmlərə maliyyə ayırır

    Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən ilk dəfə təşkil olunan “Birgə film istehsalına dəstək müsabiqəsi”nin 2026-cı ilin III rübünü əhatə edən mərhələsi başa çatıb.

    ARKA-dan Bakıvaxtı.az-a bildirilib ki, Bədii Keyfiyyətə Nəzarət Komissiyası 5 şirkət tərəfindən təqdim edilən layihələri qiymətləndirərək onların maliyyələşdirilməsi barədə qərar qəbul edib. Qərara əsasən, “Nasreddin Production” MMC-nin “Parallax” (Azərbaycan, Estoniya, Finlandiya, Latviya, Litva), “Eloğlu Şirkətlər Qrupu”nun “Kapitan” (Azərbaycan, Türkiyə, Özbəkistan), “Adrenalin Brothers”ın “Saxta sevgili” (Azərbaycan, Banqladeş, Qazaxıstan) və “Navis”in “Aloha Prestij” (Azərbaycan, Türkiyə, Bolqarıstan) filmlərinin hər birinə 200 min manat, “Meh-Film” MMC-nin “Yalanın məharəti” (Azərbaycan, Türkiyə) filminə isə 300 min manat ayrılıb.

    Paralel olaraq, Kino Agentliyi oktyabrın 1-dən etibarən IV rüb üzrə müraciətlərin qəbuluna başlayıb. Müraciətlər ARKA-nın rəsmi internet səhifəsi və ya “MyCulture” vahid şəxsi kabineti vasitəsilə həyata keçirilir.

    Yeni mərhələdə Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Gürcüstan prioritet ölkələr sırasındadır. Bu dövlətlərlə ortaq tarixi hadisələr, ictimai xadimlər, uşaq filmləri, adət-ənənələr və milli-mənəvi dəyərlərin təbliğinə xidmət edən layihələrə üstünlük veriləcək.

    Xatırladaq ki, müsabiqənin əsas məqsədi xarici kino şirkətləri ilə əməkdaşlığı genişləndirmək, birgə film istehsalını stimullaşdırmaq və yerli müstəqil prodüser mərkəzlərinin rəqabət qabiliyyətini artırmaqdır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    01 Oktyabr 2026