• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kiyevdə həlak olan azərbaycanlı dəfn edilib

 

CƏMİYYƏT

02 Oktyabr 2026 | 10:41 | Müəllif: Zeynəb Rzayeva

Kiyevdə həlak olan azərbaycanlı dəfn edilib

Sentyabrın 27-də Kiyev şəhərinə dron hücumu nəticəsində həlak olan 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasovun cənazəsi Azərbaycana gətirilib.

Bakıvaxtı.az APA-ya istinadla xəbər verir ki, mərhum Kürdəmir rayonunun Pirəköçəli kənd qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski X sosial şəbəkəsində Rusiyanın Kiyevə hücumları nəticəsində ölənlər arasında Azərbaycan vətəndaşının olduğu ilə bağlı məlumat paylaşmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR