• Bakı 19° C

    8.44 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

DÜNYA

02 Oktyabr 2026 | 10:04 | Müəllif: Zeynəb Rzayeva

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Türkiyənin İstanbul şəhərində Eyüpsultan Bələdiyyəsinə qarşı aparılan istintaq çərçivəsində bələdiyyə sədri Mithat Bülent Özmen də daxil olmaqla, 28 nəfər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində Eyüpsultan Bələdiyyəsinin xidmət binasında da axtarış aparılıb.

    Məhkəmə mənbələrinə əsaslanan məlumatlara görə, 28 şübhəli barəsində cinayət təşkilatına üzvlük, rüşvət alma, rüşvət vermə və tenderə müdaxilə etmə ittihamları üzrə saxlanılma qərarı verilib.

    Qeyd edək ki, Mithat Bülent Özmen 2024-cü il yerli seçkilərində Eyüpsultan Bələdiyyəsinin sədri seçilib.

    Xatırladaq ki, bir gün əvvəl Türkiyə Baş Prokurorluğunun üç bələdiyyəyə qarşı apardığı korrupsiya istintaqı çərçivəsində Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Vahap Seçer, Yenişəhər Bələdiyyəsinin sədri Abdullah Özyiğit və Mezitli Bələdiyyəsinin sədri Ahmet Serkan Tuncer də daxil olmaqla, 59 şübhəli saxlanılmışdı.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    01 Oktyabr 2026