• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Fransada etiraz aksiyalarında 511 nəfər saxlanılıb 

DÜNYA

01 Noyabr 2026 | 09:03 | Müəllif: Gülşən Şərif

Fransada etiraz aksiyalarında 511 nəfər saxlanılıb

Fransada keçirilən kütləvi etiraz aksiyalarında 511 nəfər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, aksiyalar oktyabrın 31-də Paris, Marsel, Lion, Tuluza və ölkənin digər şəhərlərində keçirilib.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, nümayişlərdə 320 minə yaxın insan iştirak edib. Ölkə üzrə ümumilikdə 150-yə yaxın aksiya baş tutub.

Yürüşlərin əksəriyyəti dinc keçib, lakin bir sıra şəhərlərdə etirazçılarla polis arasında toqquşmalar baş verib. Hüquq-mühafizə orqanları İğtişaşçıları dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR