• Bakı 16° C

    10.73 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Azərbaycanda turist avtobusu AŞDI: Ölənlər və yaralılar var - YENİLƏNİB

HADİSƏ

06 Iyun 2024 | 11:36

Azərbaycanda turist avtobusu AŞDI: Ölənlər və yaralılar var - YENİLƏNİB

İyunun 6-da saat 10 radələrində Y.Bağırovun idarə etdiyi "Mercedes" markalı mikroavtobusla Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a bildirilib.

    Nəticədə mikroavtobusda olan sərnişinlərdən S.Kazımova və K.Şükürova ölüb, bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.

    Araşdırma aparılır.

    ***

    11:21

    Cəlilabadda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

    Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb.

    Məlumata görə, istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Nəticədə 2 nəfərin öldüyü, çoxlu sayda yaralının olduğu deyilir.

    Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.

    Hadisənin təfərrüatları, ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR