• Bakı 14° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

13 yaşlı qız əkiz dünyaya gətirdi - DİN hərəkətə keçdi

CƏMİYYƏT

02 Oktyabr 2026 | 09:54 | Müəllif: Zeynəb Rzayeva

13 yaşlı qız əkiz dünyaya gətirdi - DİN hərəkətə keçdi

Gürcüstanın Marneuli rayonunda 13 yaşlı azərbaycanlı yeniyetmə qız əkiz uşaq dünyaya gətirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ictimai fəal Samirə Bayramova məlumat yayıb.

    O, körpələrdən birinin doğum evində öldüyünü, digərinin vəziyyətinin isə ağır olduğunu qeyd edib.

    Samirə Bayramova APA-ya bildirib ki, 13 yaşlı qız Azərbaycan, onun ərə verildiyi şəxs isə Gürcüstan vətəndaşıdır.

    Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırmaya başlayıb. Araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olmanı nəzərdə tutan maddə üzrə aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    02 Oktyabr 2026