• Bakı 14° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Beyləqanda iki avtomobil toqquşdu: ölən var

HADİSƏ

02 Oktyabr 2026 | 09:37 | Müəllif: Zeynəb Rzayeva

Beyləqanda iki avtomobil toqquşdu: ölən var

Beyləqan rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Bakıvaxtı.az Teleqrafa istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 130-cu kilometrliyində baş verib.

Qurbanov Mənaf Yaqub oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 130-cu kilometrliyində onunla eyni istiqamətdə hərəkətdə olan Abdullayev Aqşin Vilayət oğlunun idarə etdiyi “Mercedes E class” markalı avtomobilin toqquşması nəticəsində Mənaf Qurbanov aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölüb.

Faktla bağlı Beyləqan RPŞ-nin İB-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmaqla ibtidai istintaq aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026