• Bakı 15° C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Qazi doğum gününə 1 gün qalmış vəfat etdi

HADİSƏ

06 Iyun 2024 | 13:54

Qazi doğum gününə 1 gün qalmış vəfat etdi

44 günlük Vətən müharibəsi qazisi Azad Yusifəli oğlu Məlikov vəfat edib. 

Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, A.Məlikovun halı qəfil pisləşib və yaxınları onu xəstəxanaya çatdırıblar. Qazi iyunun 3-də, doğum gününə bir gün qalmış Neftçala Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Azad Məlikovun yaxın qohumu sayta açıqlamasında onun daimi şəkildə müalicə aldığını deyib: “Müharibədə daxili orqanları sıradan çıxmışdı. Hər gün iynə və dərman qəbul edirdi. Dörd ilə yaxın idi ki, bu vəziyyətdə yaşayırdı. Daimi müalicə alsa da, səhhətində irəliləyiş olmadı. Sağalması qeyri-mümkün idi. Nə zamansa belə halın baş verəcəyini bilirdik.

İyunun 4-ü doğum günü olacaqdı, 28 yaşı qara gəldi. Evin ən kiçik uşağı olan Azad subay idi”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR