• Bakı 15° C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Azərbaycan-İran sərhədini pozanlar əmrə tabe olmadı - xəbərdarlıq atəşi...

HADİSƏ

06 Iyul 2024 | 12:37

Azərbaycan-İran sərhədini pozanlar əmrə tabe olmadı - xəbərdarlıq atəşi...

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik keçirməyə cəhd edən şəxslər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyul ayının 3-də saat 23:27-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.

Sərhəd naryadının “Dayan!” əmrinə məhəl qoymayan sərhəd pozucuları qaçmağa cəhd göstərdikdən sonra “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq havaya xəbərdarlıq atəşi açılıb və onlar saxlanılıb.

"Araşdırma zamanı saxlanılan şəxslərin Qazax rayon sakinləri 1981-ci il təvəllüdlü Tarıverdiyev Anar Rafayil oğlu və 1983-cü il təvəllüdlü Carçıyev Sərvər Mehman oğlu olması müəyyən edilib, üzərilərinə baxış keçirilərkən 15 kiloqram 25 qram narkotik vasitə (15 kiloqram marixuana; 25 qram tiryək) aşkarlanaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir", - deyə məlumatda bildirilib.


Azərbaycan-İran sərhədini pozanlar əmrə tabe olmadı - xəbərdarlıq atəşi...Azərbaycan-İran sərhədini pozanlar əmrə tabe olmadı - xəbərdarlıq atəşi...
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR