• Bakı 13° C

    6.03 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Xətai və Suraxanı sakinlərinmin NƏZƏRİNƏ: Bu gün...

CƏMİYYƏT

02 Oktyabr 2026 | 08:27 | Müəllif: Qalib İbrahimoğlu

Xətai və Suraxanı sakinlərinmin NƏZƏRİNƏ: Bu gün...

Bu gün Bakının Xətai və Suraxanı rayonlarında qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə Bakıvaxtı.az-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Verilən məlumata görə, təmir-quraşdırma və qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədar bu gün, oktyabrın 2-də saat 10:00-dan işlər yekunlaşanadək paytaxtın Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

    Məlumata görə, Xətai rayonunda A. Səhhət küçəsinin, Suraxanı rayonunun Bülbülə qəsəbəsində isə Nizami, Ə. Ələkbərov, M. Ə. Sabir, M. Bəydəmirov, N. Nərimanov, Ç. Nəzərov, Mənbə, M. Abdullayev və S. Bəhlulzadə küçələrinin qaz təchizatı dayandırılacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR