Məlumat verildiyi kimi, 3 iyun 2024-cü il Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində bir nəfər vətəndaşın çimərkən suda batması barədə məlumat daxil olub və hadisə ilə əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinin dağlıc-axtarış qrupları dərhal axtarışlara cəlb olunub.
FHN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, həyata keçirilmiş intensiv axtarış tədbirləri nəticəsində 6 iyun 2024-cü il tarixində Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbə sakini, 1952-ci il təvəllüdlü Piriyev Əli Məstan oğlunun cəsədi Kür çayının Salyan rayonu, Yuxarı Noxudlu kəndinin ərazisindən keçən hissəsində tapılaraq aidiyyəti üzrə təhvil verilib.
***
10:28
Kür çayının Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi ərazisindən keçən hissəsində 3 gün əvvəl batan şəxsin meyiti tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, Şirvan sakini, 1952-ci il təvəllüdlü Piriyev Əli Məstan oğlunun meyitinin Kürün Salyan ərazsindən keçən hissəsində tapıldığı bildirilir.





jpg-1720250991.webp)
jpg-1720250529.webp)
jpg-1719473584jpg-1720249637.webp)

jpg-1720247608.webp)

jpg-1720247317.webp)




