• Bakı 13° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Özünü maşın alıcısı kimi göstərdi, kartdan 7300 manat oğurladı

HADİSƏ

06 Iyun 2024 | 12:55 | Müəllif: Qalib İbrahimoğlu

Özünü maşın alıcısı kimi göstərdi, kartdan 7300 manat oğurladı

Bank kartlarından pul oğurlamaq adət halını alıb.

Bakıvaxtı.az-ın məlumatına görə, belə dələduzların qurbanlarından biri də avtomobilini elanı saytında yerləşdirən şəxs olub.

DİN-in mətbuat xidmətinin rəisi Elşad Hacıyev sosial şəbəkədə etdiyi paylaşımda bildirir ki, nəqliyyat vasitəsini satışa qoyan şəxsə xarici nömrədən zəng gəlib, satılan avtomobili almaq istədiklərini bildiriblər:

"Razılaşıblar. Avtomobili görmədən naməlum şəxs beh göndərilməsi üçün bank kartı məlumatlarını istəyib. Beləliklə, həmin şəxsə müxtəlif suallar verə-verə, fikirini yayındıraraq sanki verilən məlumatlar o qədər əhəmiyyətli deyilmiş kimi görüntü yaratmaqla bank kartından 7300 manat vəsaiti çıxarıblar".

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR