"Çelsi"nin futbolçusu Mateo Kovaçiç zədələnib.
Bakıvaxtı.az klubun saytına istinadən xəbər verir ki, bu barədə London klubunun baş məşqçisi Tomas Tuhel məlumat yayıb. O, 27 yaşlı oyunçunun komandanın son məşqində zədələndiyini və bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib.
Qeyd edək ki, Kovaçiç bu mövsüm "Çelsi"nin heyətində meydana çıxdığı 13 matçda 1 qol vurub.











jpg-1638078147.webp)




