• Bakı 10° C

    5.91 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Bu şəxslər hərbi xidmət zamanı yüksək maaş alacaq

CƏMİYYƏT

20 Mart 2026 | 14:56

Bu şəxslər hərbi xidmət zamanı yüksək maaş alacaq

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində Müdafiə Nazirliyində tibb sahəsində ixtisaslaşmış gənclər üçün yeni xidmət modeli tətbiq olunacaq.

Bakıvaxtı.az MN-nin yaydığı məlumata istinadla xəbər verir ki, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişikliklərə əsasən, ali tibb təhsilli çağırışçılar öz arzuları ilə bir il müddətinə “leytenant” hərbi rütbəsində hərbi həkim kimi xidmət edəcəklər.

Yeni konsepsiya çərçivəsində tibb ixtisaslı gənclər Milli Müdafiə Universitetində (MMU) təşkil olunacaq 30 günlük hazırlıq kursunda hərbi intizam, silahdan istifadə qaydaları, sənədləşmə və tibbi qeydiyyat prosedurları üzrə tədris keçəcəklər.

Hərbi həkimlər xidmət müddətində aylıq məvaciblə təmin ediləcək, zabitlər üçün nəzərdə tutulmuş bütün hüquqlardan, həmçinin ailə vəziyyəti nəzərə alınmaqla mənzil kirayəsi əvəzinə ödənilən kompensasiyalardan və digər sosial təminatlardan yararlana biləcəklər.

Yeni model onların maddi rifahının yaxşılaşdırılmasını, sosial təminatının gücləndirilməsini və xidmətin ərazi prinsipinə uyğun təşkil edilməsini də nəzərdə tutur. Bu isə gənc həkimlərin yaşayış və məskunlaşma məsələlərinin daha rahat həllinə şərait yaradacaq.

Müddətli həqiqi hərbi xidmət başa çatdıqdan sonra hərbi həkimlər ya kadr zabit kimi xidmətlərini davam etdirmək, ya da ehtiyata buraxılmaq imkanı əldə edəcəklər.


SON XƏBƏRLƏR