Daxili İşlər Nazirliyi tərəfindən bayram günlərində bütün təhlükəsizlik tədbirləri həyata keçirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmənitndən Bakıvaxtı.az-a verilən məlumatda qeyd olunub.
Məlumata görə, Novruz və müqəddəs Ramazan bayramları xalqımızın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin simvoluna çevrilib və hər il ölkəmizdə dostluq, birlik-bərabərlik şəraitində qeyd olunur:
"Bu əlamətdar günlərin xoş əhval-ruhiyyədə keçməsi, arzuolunmaz hadisələrin qarşısını almaq üçün Daxili İşlər Nazirliyi tərəfindən bütün təhlükəsizlik tədbirləri həyata keçirilir.
Bayram şənlikləri və digər kütləvi tədbirlər zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması, vəzifələrin icrasının yüksək səviyyədə və daha mütəşəkkil təmin edilməsi məqsədilə polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər. Vətəndaşlara ictimai yerlərdə nizam-intizamla davranmaq, insanların sıx toplaşdığı məkanlarda ehtiyatla hərəkət etmək, hansısa hüquq pozuntusuna səbəb olacaq addımlardan çəkinmək, yol hərəkəti, eləcə də digər təhlükəsizlik qaydalarına riayət etmək tövsiyə olunur".
Bakı 




