• Bakı 10° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Baş diplomat özbəkistanlı həmkarı ilə danışdı

SİYASƏT

20 Mart 2026 | 13:00

Baş diplomat özbəkistanlı həmkarı ilə danışdı

Xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidovla Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Qeyd edilib ki, nazirlər arasındakı telefon danışığı zamanı iki ölkə arasında strateji müttəfiqlik münasibətlərindən irəli gələn əməkdaşlıq məsələlərindən danışılıb.

Bölgədə daha da artan gərginlikdən dərin narahatlıq ifadə olunub, hərbi eskalasiyanın yalnız regional təhlükəsizliyi deyil, eyni zamanda qlobal sabitliyi də ciddi şəkildə təhdid etdiyi vurğulanıb. Sabitliyin bərqərar olunması istiqamətində səylərin artırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Nazirlər müqəddəs Ramazan bayramı və Novruz bayramı münasibətilə təbriklərini çatdırıb, xalqlarımız və iki ölkə arasında birliyin və əməkdaşlığın daha da möhkəmlənməsini arzulayıblar.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


SON XƏBƏRLƏR

19 Mart 2026