• Bakı 18° C

    2 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Gəncədə avtoqəza: 5 nəfər xəsarət aldı

HADİSƏ

20 Mart 2026 | 01:21 | Müəllif: Qalib İbrahimoğlu

Gəncədə avtoqəza: 5 nəfər xəsarət aldı

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, iki "KIA" markalı minik avtomobilinin toqquşmasından sonra maşınlardan biri idarəetmədən çıxaraq yol kənarında ağaca çırpılıb.

Qəza nəticəsində 1997-ci il təvəllüdlü N.Yusibova, 1967-ci il təvəllüdlü A.Ramazanova, 2002-ci il təvəllüdlü M.Ramazanova, 1983-cü il təvəllüdlü M.Həsənova və X.Həsənov xəsarət alıblar.

Xəsarət alan şəxslərin vəziyyətinin kafi olduğu bildirilir.

Qəza baş verən ərazidə tıxac yaranıb, əraziyə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR