• Bakı 10° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Rasim Balayevdən XƏBƏR VAR - Xəstəxanadan...

CƏMİYYƏT

20 Mart 2026 | 10:39

Rasim Balayevdən XƏBƏR VAR - Xəstəxanadan...

“Rasim Balayevin Türkiyədə aparılan müalicəsi davam edir. Müalicə prosesi nisbətən ləng getsə də, artıq bərpa mərhələsində müsbət dinamika müşahidə olunur və sənətkarın səhhəti addım-addım yaxşılaşır”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Musavat.com-a açıqlamasında Əli İsa Cabbarov məlumat verib. 

O bildirib ki, Xalq artistinin Novruz bayramı ərəfəsində Azərbaycana gətirilməsi planlaşdırılmır. Onun sözlərinə görə, mövcud gedişat Rasim Balayevin martın sonu və ya aprelin əvvəllərində Bakıya qayıdacağını göstərir.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı sədri olan Rasim Balayev “Referans Medical Group”a məxsus hava ambulansı ilə Türkiyəyə aparılıb və hazırda müalicəsi orada davam etdirilir. O, bir müddət əvvəl səhhətində yaranan problem səbəbindən cərrahi əməliyyat keçirmişdi.


SON XƏBƏRLƏR

19 Mart 2026