• Bakı 17° C

    0.75 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Neftçalada yeniyetmə qardaşların faciəli ölümünün TƏFƏRRÜATI - FOTOLAR

HADİSƏ

20 Mart 2026 | 19:43

Neftçalada yeniyetmə qardaşların faciəli ölümünün TƏFƏRRÜATI - FOTOLAR

Xəbər verdiyimiz kimi, Neftçalada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib və iki yeniyetmə qardaş hadisə yerində həyatını itirib. 

Bakıvaxtı.az Qafqazinfo.az-a istinadla həyatını itirən qardaşların fotolarını təqdim edir:


***
17:12

Neftçala rayonunda iki yeniyetmənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Bakıvaxtı.az bizim.media-ya istinadən xəbər verir ki, hadisə qardaşların mağazadan qayıdarkən, evlərinə təxminən 200 metr məsafə qalmış baş verib.

Qeyd edək ki, yeniyetmələrin valideynləri Bakıda yaşayırlar. Onlardan biri kənddə babasının yanında qalırmış. Ailə bayram münasibətilə kəndə gedibmiş. Ailənin elə iki övladı olub.

Faktla bağlı araşdırma aparılır.

***
10:47

Neftçalada qəza baş verib, iki qardaş avtomobillə kanala düşərək ölüblər.

Bakıvaxtı.az-ın məlumatına görə, Qazaxbərəsi kəndində qeydiyyatda olan 2009-cu il təvəllüdlü Manaflı Rəvan Vüsal oğlu və qardaşı 2011-ci il təvəllüdlü Manaflı Əli Vüsal oğlu səhər saatlarında Ramazanlı kəndi ərazisində valideynlərinə məxsus 99-TE -303 Nissan markalı avtomobillə idarə etməni itirərək şor kanala düşüblər. Hər iki qardaş hadisə yerində ölüblər.

Onlar sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR