• Bakı 18° C

    2 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Benzinlə ehtiyatsız davrandı, vəziyyəti ağırdır

HADİSƏ

19 Aprel 2026 | 18:26 | Müəllif: Subhan Mahmudov

Benzinlə ehtiyatsız davrandı, vəziyyəti ağırdır

Lənkəranda maşın təmiri sexində çalışan usta ağır xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Füzuli küçəsində, “Kürə” deyilən ərazidə qeydə alınıb.

Belə ki, Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü İlham Şahvəli oğlu Qasımlı benzinlə ehtiyatsız davranarkən baş verən partlayış nəticəsində ciddi xəsarət alıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər ona bədənin çoxsaylı yanığı, üz və hər iki qolun 2-ci dərəcəli termiki yanığı diaqnozu qoyublar.

Ona ilkin tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR