Rusiyanın Sank-Peterburq şəhərində yerləşən Dövlət Ermitaj Muzeyində bir nəfər təhlükəsizlik qaydalarını pozaraq 18-ci əsrə aid imperator taxtında oturub.
Bakıvaxtı.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-i xəbər yayıb. Məlumta görə, hadisə mayın 17-də Müqəddəs Georgi zalında qeydə alınıb. 45 yaşlı kişi qoruyucu baryeri keçərək, taxta yaxınlaşıb və orada oturub. Muzey işçiləri onu uzaqlaşdırmağa çalışanda onları bıçaqla hədələyib. Əməkdaşların xəbərdarlığına aqressiv reaksiya verən şəxs daha sonra saxlanılıb. Rusiya Milli Qvardiyası hadisə yerinə gələrək, zaldakı insanları təxliyə edib. Saxlanılan şəxs polis bölməsinə aparılıb.
Bakı 




