• Bakı 18° C

    3.02 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Türkiyədə azərbaycanlı qadın saxlanıldı

HADİSƏ

16 Iyun 2026 | 12:40 | Müəllif: Əli Hüseynov

Türkiyədə azərbaycanlı qadın saxlanıldı

Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü iddia edilən azərbaycanlı gəlin saxlanılıb.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə mübahisə zəminində baş verib.

Belə ki, Artovanın Ağmusa kəndində yaşayan Azərbaycan vətəndaşı 52 yaşlı K.V. və qayınatası 88 yaşlı Mustafa Cici arasında naməlum səbəbdən mübahisə yaranıb. Davaya çevrilən mübahisə nəticəsində gəlin M.Cicini döyərək yerə yıxıb.

Zərbələr alan yaşlı kişi təcili yardım maşını ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026