q
  • Bakı 14° C

    10.38 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Təkəri partlayan avtomobil qəzaya düşdü - Yaralılar var

HADİSƏ

19 Aprel 2026 | 16:56

Təkəri partlayan avtomobil qəzaya düşdü - Yaralılar var

Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Belə ki prospektlə hərəkətdə olan " BMW" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə "BMW" yol kənarında dayanan "Changan" daha sonra divara və işıq dirəyinə çırpılıb. Qəza zamanı 1975-ci il təvəllüdlü V.Huseynov,1968-ci il V.Həsənov və 1949 cu il təvəllüdlü N.Qasımov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, qəzaya səbəb "BMW"nin təkərinin partlaması olub.Qəza zamanı avtomobillər, rabitə işıq və qaz xətləri yararsız hala düşüb. Hadisə yerinə polis əməkdaşları və digər aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Fakt üzrə araşdırma aparılır.


SON XƏBƏRLƏR

18 Aprel 2026