• Bakı 10° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

İranda bayramın vaxtı dəyişdirildi - SƏBƏB

DÜNYA

20 Mart 2026 | 10:38

İranda bayramın vaxtı dəyişdirildi - SƏBƏB

İranda Şəvval ayının hilalının görünməməsi səbəbindən Ramazan bayramının sabah - 21 martda olacağı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, İslam İnqilabı İdarəsinə bağlı Aypara Müşahidə Mərkəzinin açıqlamasında bildirilib ki, bu gün İranda Şəvval ayının hilalı görünməyir. Buna görə də Ramazan bayramı 21 mart - şənbə günü başlayacaq.

Bu il Novruz da İranda 21 martda qeyd olunacaq.

Xatırladaq ki, İranda da Ramazan ayı Azərbaycanda olduğu kimi fevralın 19-dan başlamışdı./Modern.az


SON XƏBƏRLƏR

19 Mart 2026