• Bakı 10° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

"Dəmir Qübbə"ni idarə edən hərbçi İrana casusluq ittihamı ilə həbs edildi

DÜNYA

20 Mart 2026 | 12:34

Dəmir Qübbəni idarə edən hərbçi İrana casusluq ittihamı ilə həbs edildi

"Dəmir Qübbə" Hava Hücumundan Müdafiə sistemini idarə edən İsrail ordusunun ehtiyatda olan zabiti İrana casusluq etməkdə şübhəli bilinərək həbs olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Şübhəli 26 yaşlı Yerusəlim sakini Raz Koendir.

Polis və "Şin Bet"in (Daxili Təhlükəsizlik Xidməti) açıqlamasında iddia olunur ki, Koen aylardır İran kəşfiyyatı ilə əlaqə saxlayır və onlar üçün bir neçə tapşırıq yerinə yetirib, o cümlədən pul müqabilində məxfi məlumatları ötürüb.


SON XƏBƏRLƏR

19 Mart 2026