ABŞ Yaxın Şərqə minlərlə hərbçinin göndərilməsini sürətləndirir. Bunu barədə xarici KİV məlumat yayıb.
Bakıvaxtı.az xəbər verir ki, yaxın günlərdə Kaliforniya ştatının San-Dieqo şəhərindən Yaxın Şərqə ən azı 2 200 dəniz piyadası yola düşəcək. Bu, ilkin planlaşdırılandan daha tez baş verir. Gözlənilir ki, dəniz piyadaları ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Boxer" desant gəmisinə yerləşdiriləcək, onu isə daha bir və ya iki gəmi müşayiət edəcək. Bundan belə nəticə çıxır ki, Yaxın Şərqə ehtimal ki, daha bir neçə min dənizçi də gələcək.
Bundan əvvəl Reuters agentliyi məlumat vermişdi ki, Vaşinqton administrasiyası Yaxın Şərqə əlavə olaraq minlərlə amerikalı hərbçinin göndərilməsini, o cümlədən İrana qarşı əməliyyatda iştirak üçün nəzərdən keçirir.
Bakı 




