• Bakı 19° C

    2.45 m/s

Braziliya prezidenti dünyaya ÇAĞIRIŞ ETDİ: "ABŞ-yə qarşı birləşin"

DÜNYA

20 Mart 2026 | 10:52

Braziliya prezidenti dünyaya ÇAĞIRIŞ ETDİ: "ABŞ-yə qarşı birləşin"

Braziliya prezidenti Luis İnasio Lula da Silva beynəlxalq ictimaiyyəti ABŞ administrasiyasının digər qitələrə və ölkələrə nəzarət etmək hüququna malik olmasına imkan verməməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, hökumətin YouTube kanalında yayımlanan ictimai çıxışında danışıb: 

“Biz heç kimin dünyaya sahib olduğunu düşünməsinə və Qrenlandiyanı, Panama kanalını, Kubanı və ya Venesuelanı ələ keçirmək barədə danışmasına icazə verə bilmərik. Bu mümkün deyil. Planetimizə müharibə yox, sülh lazımdır".

Silvanın sözlərinə görə, dünyanın aparıcı ölkələri "xalqların öz müqəddəratını təyin etmək hüququna hörmət etməyi öyrənməlidirlər"./Musavat


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026