• Bakı 10° C

    4.82 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Azərbaycanda bayram namazı qılındı - YENİLƏNİB

CƏMİYYƏT

20 Mart 2026 | 09:01

Azərbaycanda bayram namazı qılındı - YENİLƏNİB

Azərbaycanda bu gün və sabah Ramazan bayramı qeyd olunur.

Bakıvaxtı.az xəbər verir ki, məscidlərdə bayram namazı qılınıb.

Paytaxtdakı Təzə Pir məscidində bayram namazı saat 09:00-da qılınıb.

Namaz Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb. Yüzlərlə paytaxt sakininin qatıldığı bayram namazında dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi-bərəkət dilənilib

Bakıdakı Əjdərbəy məscidində isə bayram namazı saat 08:00-da qılınıb.

Qeyd edək ki, ölkəmizdə Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.

Xatırladaq ki, bu il Azərbaycanda Ramazan fevralın 19-da başlayıb.

***

08:01

Azərbaycanda bu gün və sabah Ramazan bayramı qeyd olunur.

Bakıvaxtı.az xəbər verir ki, məscidlərdə bayram namazı qılınıb.

Paytaxtdakı Əjdərbəy məscidində bayram namazı saat 08:00-da qılınıb.

Bayram namazı Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayevin imamətliyi ilə qılınıb.

Mərasimdə din xadimləri və paytaxt sakinləri iştirak ediblər. Onlar dualar oxuyub, Azərbaycanın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsini anıb, Allahdan rəhmət diləyiblər.

Eyni zamanda, xalqımıza əmin-amanlıq, ruzi-bərəkət və firavanlıq arzulayıblar.

Bakıdakı Təzəpir məscidində isə bayram namazı saat 09:00-da qılınacaq.

Qeyd edək ki, ölkəmizdə Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.

Xatırladaq ki, bu il Azərbaycanda Ramazan fevralın 19-da başlayıb.


SON XƏBƏRLƏR

19 Mart 2026