• Bakı 10° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Antalyada yanğın - 6 nəfər öldü

HADİSƏ

20 Mart 2026 | 12:29

Antalyada yanğın - 6 nəfər öldü

Türkiyənin Antalya vilayətində konteyner evlərində baş verən yanğın nəticəsində 5-i uşaq olmaqla 6 nəfər həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Qeyd edilib ki, yanğın istixana təsərrüfatında çalışan əcnəbi işçilərin yaşadığı üç konteynerdə baş verib.

Yanğının qurbanları 1 qadın və onun 5 uşağı olub. Daha 5 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti ağırdır, qalanlarının vəziyyəti kafi qiymətləndirilir.

Hadisə yerinə polis əməkdaşları, yanğınsöndürənlər və təcili yardım briqadaları göndərilib. Yanğın operativ şəkildə söndürülüb.

Həlak olanların meyitləri Antalya Məhkəmə-Tibbi Ekspertiza İnstitutunun morquna göndərilib.

Hadisə ilə bağlı araşdırma aparılır, üç nəfər saxlanılıb.

Antalya valisi Hulusi Şahin faciə yerinə gedib.


SON XƏBƏRLƏR

19 Mart 2026