• Bakı 18° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Qaxda bıçaqlanma - Hər iki tərəf xəsarət aldı

HADİSƏ

19 Mart 2026 | 23:07 | Müəllif: Subhan Mahmudov

Qaxda bıçaqlanma - Hər iki tərəf xəsarət aldı

Qaxda 18 yaşlı gənc bıçaqlanıb.

Bakıvaxtı.az-ın məlumatına görə bu gün saat 19 radələrində Qax şəhərində 34 yaşlı Adil Abdurəhmanov yaşadığı ünvanda tanışı 18 yaşlı Rəvan Qadaşovu kəsici alətlə yaralayıb.

R.Qadaşov isə boşqabla A.Abdurəhmanova xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.

Tərəflərin xəsarətləri ilə bağlı müvafiq ekspertiza təyin olunub./Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR