• Bakı 10° C

    5.91 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Lalə Məmmədovanın qızları ilə bağlı istəyi

ŞOU

20 Mart 2026 | 15:52

Lalə Məmmədovanın qızları ilə bağlı istəyi

"Özüm üçün format yaratmışam. Bir yemək və həyat tərzim var. Əvvəldən yağlı, duzlu, kremli yeməkləri sevmirəm. Amma ürəyim istəyəndə yeyirəm. Şəkərdən imtina etmişəm. Amma ürəyim çəkir, yeyirəm".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Qonaqcanlı" verilişində deyib. Müğənni formada qalma sirlərini bölüşüb:

"Deyirlər çörəyi iyləyib qoyuram yerə. Allahın brəkətidir, mən çörək iyləmirəm. Qədərində yeyirəm, gündə 2 dəfə qidalanıram. Əgər mən şəkərbura istəyirəmsə, niyə onu günün birinci yarısı yeməyim? Hərəkət edəcəyəm və çıxıb gedəcək. Saat 7-dən sonra yemirəm".

Qızlarından danışan L.Məmmədova övladlarının müğənni olmasını istəmədiyini bildirib:

"Qızım ikinci kursda oxuyur. O biri qızımın isə 12 yaşı var. Qızlarımən istedadı var, amma istəyirəm başqa sahədə olsunlar. Mən uşaq olanda musiqili verilişlər axtarırdım, oturub "Leyli və Məcunun" əzbərləyirdim. Uşaqlarımda bu istedadı görmürəm".

Qeyd edək ki, ifaçının Nərgiz və Çinarə adlı iki qız övladı var. 


SON XƏBƏRLƏR