q
  • Bakı 13° C

    6.2 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Eldar yenidən "Avroviziya"ya gedə bilər?

ŞOU

18 Aprel 2026 | 17:23

Eldar yenidən Avroviziyaya gedə bilər?

"Maraqlı təklif ola bilərdi. Amma "Avroviziya" müsabiqəsində artıq hər şey etmişəm. İştirakçılar var ki, gediblər, amma sona qədər yaşatmadılar. Biz isə Nigar Camalla müəyyən nöqtəyə çatdıq. Qayıdardım, amma mahnı müəllifi kimi".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri “Avroviziya 2011” qalibi Eldar Qasımov “Öz aramızda” da proqramında müsabiqə ilə bağlı sualları cavablandırarkən deyib. Müğənni yarışmaya yenidən qatılmaqla bağlı suala belə reaksiya verib:

"Dünya və "Avroviziya" çox dəyişib. Qaydalar, ölkələrə yanaşma başqadır. Musiqi adamıyam. Bəzi şeyləri bir ifaçı kimi orada çatdırmayacağam. Yaxşı olardı ki, pərdəarxası bir işdə olardım. Bir neçə il əvvəl layihələr edir, mahnılar göndərirdim, siyahıya da düşürdüm. Amma qalib gəlmirdim, təbidir. Sırf öz tək bəstəmi göndərməmişəm. Bunun üçün böyüməliyəm"./Axşam.az


SON XƏBƏRLƏR