• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

“Bitcoin” ucuzlaşdı

İQTİSADİYYAT

04 Noyabr 2026 | 08:53 | Müəllif: Günəş Mərd

“Bitcoin” ucuzlaşdı

Kriptovalyuta bazarında ucuzlaşma davam edir. Son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyəti dəyər itirib, “Bitcoin”in qiyməti isə 76 min dollara düşüb.

Bakıvaxtı.az xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin” son sutkada 0,66% ucuzlaşaraq 76 097,94 ABŞ dollarına enib. Kriptovalyutanın qiyməti son 7 gündə 6,17%, son 30 gündə isə 11,81% azalıb.

    “Ethereum” 0,18% ucuzlaşaraq 2 238,91 dollara, BNB 1,15% azalaraq 686,10 dollara düşüb. “Bitcoin Cash” 2,09% dəyər itirərək 268,11 dollara, “Bittensor” 0,83% geriləyərək 220,25 dollara, “Quant” isə 1,15% ucuzlaşaraq 188,28 dollara enib.

    Bununla yanaşı, bəzi kriptovalyutalarda bahalaşma qeydə alınıb. “Zcash” 3,48% artaraq 1 172,42 dollara, “Monero” isə 3,09% yüksələrək 624,90 dollara çatıb.

    Qızıl əsaslı kriptovalyutalarda da müsbət dinamika müşahidə olunub. “PAX Gold” (PAXG) 0,24% bahalaşaraq 3 937,72 dollara, “Tether Gold” (XAUT) isə 0,32% artaraq 3 927,47 dollara yüksəlib.

    “CoinMarketCap 20” indeksi son 24 saatda 0,51% azalaraq 154,77 bənd təşkil edib. “Bitcoin”in bazar kapitallaşması 1,53 trln. dollara enib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    18 Noyabr 2026