• Bakı 19° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bibiheybətdə gəmidə baş verən yanğın söndürülüb - Yenilənib

HADİSƏ

10 Aprel 2021 | 11:44

Bibiheybətdə gəmidə baş verən yanğın söndürülüb - Yenilənib

Bibiheybət qəsəbəsində yanalma körpüsündə doğranmaqda olan gəmidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Bakıvaxtı.az-a nazirlikdən məlumat verilib.

***

Bakıda gəmi yanır.

Bakıvaxtı.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində yanalma körpüsündə doğranmaqda olan gəmidə yanğın olması barədə məlumat daxil olub.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR