Bakı şəhərinin Nərimanov rayonunda "Qazel" markalı yük avtomobilinin mühərrik hissəsi, 2 ədəd qabaq təkəri və kabinəsi yanıb.
Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, yük avtomobilinin qalan hissəsi və yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















